"Çox xoşbəxtəm, çox sevinirəm. Amma ürəyim partlamasa, yaxşıdır". 

Bu sözləri "Unikal"a açıqlamasında erməni əsirliyindən azad edilən Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. Onun sözlərinə görə, 20 illik ömürlük həbs qərarı xəbərindən sonra oğlunun bu gün azad ediləcəyini gözləmirdi: 

"Həyəcanımın həddi-hüdudu yoxdur. Cənab Prezidentimizin uşaqlarımızı azad edəcəyini gözləyirdim, amma ömürlük həbs xəbərindən sonra məhz bu gün azad ediləcəyi xəbərini eşidəcəyimi gözləmirdim. Bu xəbəri alıb bu qədər sevinəcəyimə inanmırdım. Cənab Prezidentimizə minnətdaram".

Nuranə Abbasova