"Kapital Bank" ASC "Naxçıvan Bank" ASC-nin istehlak kreditləri portfelinin təxminən 60 milyon manatlıq hissəsini əldə edib.
"Unikal" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib.
Bununla belə, o qeyd edib ki, rəhbərlik etdiyi kredit təşkilatının regional bankı almaq niyyəti yoxdur: "Naxçıvan Bank"ı almaq strategiyamızda yoxdur. Amma müxtəlif bank və bank olmayan kredit təşkilatlarında hər hansı aktivin əldə edilməsi ilə bağlı danışıq apara bilərik".