Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.