Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyindən "Unikal"a bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.