896 orta məktəb direktorunun orta aylıq əməkhaqqı 2050 manat, 2691 direktor müavininin orta aylıq əməkhaqqı 1350 manatdır.

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.