Abşeronda avtomobillərdən oğurluq edilib.

"Unikal" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Xırdalan şəhəri və Masazır qəsəbələri ərazisində “Toyota”, “Ford” və “QAZ-31” markalı avtomobillərdən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Yusifov, S.Əliyev, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar Yevlax rayon sakini M.Atakişiyev və Bakı şəhər sakini Ə.Mövsümov saxlanılıblar.

Araşdırma aparılır.