Bakıda 3 velosiped oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.