Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə "Unikal"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 206.2 maddəsi ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxsə - İran İslam Respublikası vətəndaşı Yousefi Asadollah Hokmalı oğluna tanıdığı həmyerlisi İran İslam Respublikası vətəndaşı Abedını Reza Hassan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman həbs edilmiş şəxsə verilməsi üçün gətirilmiş şalvarda gizlədilmiş kağız bükülüdə təmiz çəkisi 0,03 qram narkotik vasitə - “metadon” aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.