Naxçıvan şəhərində üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, şəhərin mərkəzi küçəsində baş verən hadisədə iki avtomobil toqquşub.

Nəticədə Naxçıvan şəhər sakinləri 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı, 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı və 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı xəsarət alıblar. Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.