Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması təhlükəsi səbəbindən Belqorod vilayətinin və Belqorodun sərhədyanı rayonlarında məktəblilər yanvarın 19-dək tətil edəcəklər. 

"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

“Aşağıdakı rayon və qəsəbələrdə məktəb tətili yanvarın 9-dan 19-dək uzadılsın: Belqorod şəhəri, Belqorodski, Krasnoyaruzski, Borisovski, Volokonovski rayonları, Qrayvoronski, Şebekinski, Valuyski, Yakovlevski şəhər rayonları və Koroçanski rayonlarının iki yaşayış məntəqəsi - Melikxovomenski və Dalnyaya İqumenka" - deyə o yazıb.