Yaponiyada zəlzələdən 72 saat sonra yaşlı qadın dağıntılar altından xilas edilib.

"Unikal" xəbər verir ki, qadının yaşının 80-dən yuxarı olduğu təxmin edilir. 

Bundan əvvəl həmin ərazidə təxminən eyni yaşda olan kişi dağıntılar altından sağ çıxarılmışdı. 

Xilasedicilər, polis və hərbçilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər. 80-ə yaxın adam hələ də itkin düşmüş hesab olunur.