Sumqayıtda bank kartından pul oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından hesabındakı 396 manat pulunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Əliyarov müəyyən olunaraq saxlanılıb.