"TRT Haber" kanalı Türkiyənin ən yüksək dağı Ağrı dağının ənənəvi maraqlı görüntüsünü paylaşıb. 

"Unikal" xəbər verir ki, İran, Naxçıvan və Ermənistanla sərhəddə yerləşən Ağrı dağının üzərində hər il olduğu kimi, bu il də buludlardan "şlyapa" görüntüsü yaranıb.

Qeyd edək ki, həmin görüntü güclü hava axınları dağ və ya təpə kimi maneə ilə qarşılaşdıqda əmələ gəlir.