Xorvatiya millisinin və İtaliyanın "Milan" klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA-nın Futbol Departamentinin rəhbəri postundan gedib.
"Unikal" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı funksionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tanınmış futbolçunun Aleksander Çeferinin 2031-ci ilə qədər UEFA prezidenti vəzifəsində qalacağı ilə bağlı qərarın qəbul edilməsina görə istefa verdiyi iddia olunur. Qeyd edək ki, Zvonimir Boban təşkilata 2021-ci ildə qoşulub. O, UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması kimi mühüm layihələrin təşəbbüskarı olub.