“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” ciddi itki ilə üzləşib.
"Unikal" xəbər verir ki, Portuqaliya təmsilçisinin aparıcı futbolçusu Bruma sağ dizindən zədə alıb.
Yanvarın 29-da əməliyyat olunacaq hücumameyilli yarımmüdafiəçinin 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.