Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

"Unikal" xəbər verir ki, açılış oyunu “Turan Tovuz” və “Səbail” komandaları arasında keçirilib.

Tovuz şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Tovuz təmsilçisi 25 xalla 6-cı pilləyə yüksəlib. “Səbail” isə 27 xalla 5-ci yerdə qalıb.