"Qarabağ" klubunun futbolçusu Redon Cica zədələnib.

"Unikal" xəbər verir ki, 25 yaşlı hücumçu "Kəpəz"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX tur oyununda zədə alıb. 

Onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.