Türkiyə Superliqasının 23-cü turunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirsor" yığmanın digər üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"u qəbul edib.
"Unikal" xəbər verir ki, matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ş.Məhəmmədəliyev 90 dəqiqə oynayıb. R.Dadaşov isə start heyətdə meydana çıxsa da, 68-ci dəqiqədə əvəzlənib.