“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.
"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla birinci yerdə tamamlayıb.
Vüqar Əsgərlinin kollektivi 3-cü turda yerli BATE ilə heç-heçə edib - 1:1. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.
Növbəti mərhələnin matçları fevralın 9-da keçiriləcək.
“Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i 2:0 hesabı ilə məğlub etmişdi.