Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının oyununu idarə edəcək.
"Unikal" xəbər verir ki, 37 yaşlı baş hakim XXII turun PAOK-AEK matçına təyinat alıb.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar. Elçin Məsiyev isə VAR hakimi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, fevralın 11-də keçiriləcək prinsipial qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda PAOK 50 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal geri qalan AEK isə ikinci pillədə qərarlaşıb.