"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə komandasında fəaliyyətini davam etdirəcək.
"Unikal"ın xarici KİV-ə istinadən xəbərinə görə, jurnalist Stiv Beyts sosial şəbəkələrdə yazır ki, klub hollandiyalı mütəxəssislə ayrılmağı planlaşdırmır. Qeyd olunur ki, məşqçinin istefası məsələsi yalnız komandanın bu mövsümün sonunda uğursuzluğa düçar olacağı halda aktuallaşacaq.
Ten Haq 2022-ci ilin yayında Hollandiya “Ayaks”ından ayrılaraq "Mançester Yunayted"in baş məşqçisi olub. Ümumilikdə 53 yaşlı mütəxəssis bütün turnirlərdə 95 oyun keçirib ki komandası 58-də qalib gəlib, 11-də heç-heçə edib və 26-da məğlub olub.
Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqa cədvəlində altıncı yerdədir. “Qırmızı şeytanlar” çempionatın 23 turundan sonra 38 xal toplayıb.