Argentina və Nigeriya arasında yoldaşlıq görüşü ləğv edilib.
"Unikal" xəbər verr ki, buna səbəb Lionel Messi ilə bağlı münaqişəli vəziyyətdir.
Bundan əvvəl forvard özünü yaxşı hiss etmədiyi üçün "İnter-Mayami"nin heyətində Honq-Konqda yerli milli komandaya qarşı yoldaşlıq görüşündə meydana çıxa bilməmişdi. Bu da azarkeşlərin kütləvi etirazına səbəb olmuşdu.
Qeyd edək ki, Argentina və Nigeriya görüşü martın 2-ci yarısında Çində baş tutmalı idi.