“Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.

Qeyd edək ki, "Neftçi" ötən yay Rusiyadakı təlim-məşq toplanışı zamanı Moskva təmsilçisinə 0:2 hesabı ilə uduzub.