Azərbaycan daha bir badmintonçusu Keişa Zəhra Fatimə "Azerbaijan International 2024" turnirinin 1/4 finalında mübarizəni dayandırıb.

"Unikal" xəbər verir ki, o, yarımfinala yüksəlmək uğrunda keçirilən oyunda hindistanlı Anupama Upadhyayaya uduzub.

Matç K.Fatimənin 0:2 (7-21, 18-21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

***

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo "Azerbaijan International 2024" turnirində 1/4 finalda mübarizəni dayandırıb.

"Unikal" xəbər verir ki, o, yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Hindistan təmsilçisi Ayuş Şettiyə uduzub.

Matç E.Dviçayonun 0:2 (14-21,14-21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.