"Liverpul" İngiltərə Premyer Liqasının 24-cü turunda "Bernli"ni qəbul edib.

"Unikal" xəbər verir ki, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 54-ə (24 oyun) çatdıran "Liverpul" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Mersisayd təmsilçisindən 1 görüş az keçirən "Mançester Siti" 52 xalla (23 oyun) 2-ci, "Arsenal" 49 xalla (23 oyun) 3-cüdür.