İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, turun mərkəzi görüşündə "Real Madrid" ən yaxın izləyicisi "Jirona"ı qəbul edib.

"Santyaqo Bernabeu"dakı qarşılaşma "kral klubu"nun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından 4 cavabsız top keçirən paytaxt təmsilçisi liderliyini möhkəmlədib.

Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Real Madrid"in 61, ikinci pillədəki "Jirona"nın 56 xalı var. "Barselona" isə 50 xalla üçüncü sırada yer alıb.