Dağıstanda gənc idmançı yarışda uduzduqdan sonra ailəsindən gələn zənglərə cavab verməyi dayandırıb və yoxa çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
22 yaşlı hüquq fakültəsinin tələbəsi Anna Tsomartova tay boks yarışı üçün Rostov-na-Donudan Kaspiyskə gəlib. Yarış onun üçün uğursuz başa çatıb və o, karyerasının son 10 ilində ilk döyüşünü uduzub.
Anna daha əvvəl xəbərdarlıq etmədən ailəsindən uzaqlaşmayıb.
Hazırda polis onun yerini müəyyənləşdirir.
Anna sonuncu dəfə Xəzər dənizinin sahilində gəzərkən müşahidə kameralarına düşüb.