Ukraynalı basketbolçu Vladimir Yermakov Almaniyada 15 yaşlı alman məktəbli tərəfindən öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə "BILD" nəşri yazıb. 

Məlumata görə, idmançı dostu ilə dəmiryol vağzalında avtobusdan düşən zaman yeniyetmələr onlara bıçaqla hücum edib. Polis iki şübhəli şəxsi saxlayıb. Onlardan biri həbs edilib. 

Ağarza Elçinoğlu