Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

11-ci dəqiqədə qonaqlarda Rövlan Muradov penaltidən yararlana bilməyib. 42-ci dəqiqədə Qismət Alıyev 11 metrlik cərimə zərbəsini boşa verib.