Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
"Unikal" xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib.
Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibi olub.
İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
xxx
22:04
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçi Murad Məmmədov (63 kiloqram) qızıl medal qazanıb.
“Unikal” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşinə 2:1 hesabıyla qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.