İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın "Leyptsiq"inə 1:0 hesabı ilə qalib gəlib.
"Unikal" xəbər verir ki, Almaniyada baş tutan oyunda yeganə qolu 48-ci dəqiqədə Brahim Diaz vurub.
Günün digər oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə Danimarka “Kopenhagen”inə 3:1 hesabı ilə qalib gəlib. Qonaqların heyətində qolları Kevin De Bruyne (10-cu dəqiqə), Bernardo Silva (45+1) və Fil Foden (90+2) vurub.
“Kopenhagen”dən isə 34-cü dəqiqədə Maqnus Mattsson fərqlənib.
Cavab qarşılaşmaları martın 6-da Madrid və Mançesterdə baş tutacaq.