"Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyun öncəsi ölkəsinin mətbuatına açıqlama verib.
"Unikal" xəbər verir ki, "Uol.com"a danışan yarımmüdafiəçi Portuqaliya klubuna qarşı oyunlarda yaxşı nəticə qazanmaq şanslarının olduğunu bildirib:
"Bu nəhənglərin sırasında olmağımız onu göstərir ki, işimiz yaxşı gedir. “Qarabağ” son illər Azərbaycanda əla çıxış edir və bu, bizə daha böyük xəyallar qurmağa imkan verir. Hər kəsi təəccübləndirmək üçün böyük şansımız var, amma təvazökar olmalı və "Braqa"ya qarşı güclü olmalıyıq".
Qeyd edək ki, sabah gecə keçiriləcək "Braqa" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçirləcək.