Rusiya millisi mart ayı üçün ikinci rəqibinin adını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Martın 21-də Serbiya ilə üz-üzə gələcək ruslar bundan 4 gün sonra Paraqvay yığmasını sınağa çəkəcək. Oyun Moskvadakı "VTB Arena"da keçiriləcək. RFİ bu oyunun nəticəsinin FİFA reytinqində nəzərə alınacağını vurğulayıb.
Ümumiyyətlə, cənubiu amerikalılar gələn ay Soçidə təlim-məşq toplanışında olacaq.
Qeyd edək ki, yayda Paraqvay millisi Amerika kubokunda mübarizə aparacaq. Komanda Braziliya və Kolumbiya ilə eyni qrupda yer alıb. Paraqvaylıların daha bir rəqibi daha sonra müəyyənləşəcək. Rusiya yığması isə noyabrda keçirdiyi son yoldaşlıq görüşündə Kubanı 8:0 hesabı ilə məğlub edib.