"Qarabağ” hörmət etdiyimiz rəqibdir. Onları tanıyırıq və öyrənirik. Çox bacarıqlı komandadır. Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq.
"Unikal" xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçii Artur Jorje Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, onları rahat matç gözləmir: "Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm”.