Futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.

"Unikal" xəbər verir ki, mərkəzi matçda son çempion “Araz-Naxçıvan” “Neftçi İK İB”ni məğlubiyyətə uğradıb - 2:0.

Hesabat turunda “Yasamal Bakı” “Record club”u 14:3 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticələrdən sonra “Araz-Naxçıvan” 31 xalla liderdir. “Baku Fire” 27 xalla ikinci, “Neftçi” İK İB” 23 xalla üçüncü pillədə qərarlaşıb. “Yasamal Bakı” 11 xalla dördüncü, U-19 6 xalla beşinci, “Record club” 4 xalla altıncı sıradadır.