Tacikistan Futbol Federasiyası millinin baş məşqçisi Petar Şeqrtlə yolları ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Mütəxəssislə müqavilə müddəti başa çatıb və məşqçi vəzifəsindən ayrılıb.
Şeqrt 2022-ci ilin yanvarından Tacikistan millisinə baş məşqçilik edirdi. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə Asiya Kubokunun 1/4 finalına yüksəlib və burada İordaniyaya 0:1 hesabı ilə məğlub olub.