Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda maraqlı qarşılaşma baş tutub.
"Unikal" xəbər verir ki, “Ən-Nəsr” “Əl-Fateh”i qəbul edib.
Meydan sahiblərinin ilk qolunu 17-ci dəqiqədə hücumçu Kriştianu Ronaldu vurub. Bu, 39 yaşlı ulduzun karyerasındakı 875-ci qolu olub.
29-cu dəqiqədə “Əl-Fateh”in müdafiəçisi Salem Əl-Najdi hesabı bərabərləşdirib. 72-ci dəqiqədə isə “Ən-Nəsr”in yarımmüdafiəçisi Otavio komandasına qələbə qazandıran qolun müəllifi olub - 2:1.
Beləliklə, hazırda “Ən-Nəsr” 49 xalla turnir cədvəlində 2-cı pillədədir. Onun rəqibi isə 29 xalla 7-cidir. Çempionata 53 xala malik “Əl-Hilal” başçılıq edir.