Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.
"Unikal" xəbər verir ki, yarışın son günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov rusiyalı Valeriy Endovitskiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Millinin digər üzvlərindən bu gün mübarizəyə qoşulmuş Camal Qamzatxanov qızıl, Vüqar Talıbov (90 kiloqram) isə bürünc mükafat əldə edib.
Bununla da Azərbaycan yığması "Böyük Dəbilqə" turnirini 8 medalla başa vurub.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
*** 18:03
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə”də qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub.
Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.
Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (100 kiloqram) qızıl mükafat qazanmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
xxx
15:04
Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.
"Unikal" xəbər verir ki, Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) həlledici raunda vəsiqə qazanıblar.
Vüqar Talıbov isə (90 kq) bürünc medal uğrunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.