Türkiyə Super Liqasında 26-cı turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Oyun 3:3 hesablı bərabərliklə bitib. Start "11-lik"də yer alan Şahruddin fasilədə əvəzlənib. Yığmamızın qolkiperi oyundan alınarkən komandası 0:2 hesabı ilə geridə olub. İkinci qolda səhvə yol verən milliləşdirilmiş dağıstanlı bu səbəbdən əvəzlənib.
Qeyd edək ki, 32 xalı olan "Adana Demirspor" turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.