Fevralın 18-də Almaniya Bundesliqasında XXII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, son oyun günündə iki matç keçirilib. Turun sensasiyalı nəticəsi "Bavariya"nın səfərdən xalsız qayıtması olub. Münxen təmsilçisi "Boxum"a uduzub - 2:3.
Günün digər oyununda isə "Frayburq" və "Ayntraxt" komandaları qollu heç-heçə edib - 3:3.
Qeyd edək ki, turnir cədvəlinə 58 xalla Leverkuzen "Bayer"i başçılıq edir. "Bavariya" 50 xalla 2-ci, "Ştutqart" 46 xalla üçüncü pillədə qərarlaşıb.