Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb.
"Unikal" xəbər verir ki, o, 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Dadaş birdən qaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub.
Atletimiz təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
Təmsilçimiz toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.