İtaliyanın "Napoli" futbol klubunun rəhbərliyi Valter Madzarrini baş məşqçi postundan uzaqlaşdırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio De Laurentis X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Komandanın yeni baş məşqçisi 2015-2018 və 2021-2022-ci illərdə "Napoli"nin məşqçilər korpusunda çalışmış 55 yaşlı Françesko Kalzona olub. O, 2022-ci ildən Slovakiya millisinə rəhbərlik edir.
Madzarri fransalı Rudi Qarsiyanın qovulmasından sonra 2023-cü ilin noyabrından komandaya rəhbərlik edir. Madzarri bundan əvvəl 2009-2013-cü illərdə də "Napoli"nin baş məşqçisi olub.