UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək matçın təyinatları açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Bolqarıstandan olan hakimlər briqadasına həvalə olunub.
Matçın referisi Georgi Kabakova yan xətt hakimləri Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.
VAR-da İvaylo Stoyanov, onun köməkçisi isə Draqomir Draqanov olacaq. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.