1990-cı ilin futbol üzrə dünya çempionu Andreas Brehme 63 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Andreas Brehme “Bavariya”, “Kayzerslautern” (Almaniya) və “İnter” (İtaliya) komandalarında çıxış edib. Almaniya futbol yığmasının heyətində 1990-cı ilin Dünya Çempionatında Argentina yığmasının qapısına vurulmuş həlledici qolun müəllifi olub.