UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, İtaliya “İnter”i doğma meydanda İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə Niderlandın PSV kollektivi evdə Almaniya nəhəngi “Borussiya Dortmund”la qarşılaşıb. Matç qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 22-də yekun vurulacaq.