ABŞ Məxfi Xidməti Flint ləqəbi ilə tanınan rus haker Aleksey Stroqanovu axtarışda olanlar siyahısına salıb.

"Unikal" xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilir.

Məlumata görə, Flint 2007-ci ilin may ayından 2017-ci ilin iyul ayına qədər debet və kredit kartı nömrələrini, eləcə də kart sahibləri ilə əlaqəli şəxsi məlumatları oğurlamaq üçün fiziki şəxslərin və şirkətlərin kompüter şəbəkələrini sındırmaq üçün cinayətkar sui-qəsddə iştirak edib.

Flint bir maliyyə institutuna qarşı pul fırıldaqçılığı etmək üçün sui-qəsd, üç bank fırıldaqlığı və üç ağırlaşdırılmış şəxsiyyət oğurluğu ilə ittiham olunur.