Co Bayden Rusiya prezidenti Vladimir Putin “dəli it oğlu” adlandırıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ prezidenti bu barədə San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı deyib. 

"Bizim Putin və onun kimi bəzi dəli it oğullarımız var və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir", - Bayden bildirib. 

Xatırladaq ki, 2022-ci ilin martında Co Bayden Polşa və Ukrayna sərhədindəki Ukrayna qaçqın düşərgəsinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putini “qəssab” adlandırmışdı. Britaniyanın “The Times” nəşri yazıb ki, Birləşmiş Ştatlar prezidentinin Rusiya lideri haqqında dediyi sözlər onun bütün karyerasının ən böyük şər-böhtanı ola bilər.

Gülayə Mecid