Gürcüstan parlamenti ölkənin baş naziri İrakli Kobaxidze və yeni müdafiə naziri İrakli Çikovaninin parlament səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

"Unikal" xəbər verir ki, bu barədə gürcü KİV məlumat yayıb. 

Onlar yeni vəzifəyə keçdikləri üçün artıq deputat mandatında qala bilməzdilər. 

Kobaxidzenin parlament səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar layihəsinin lehinə 86 deputat, Çikovaninin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə isə 78 deputat səs verib.

Ağarza Elçinoğlu