“Sumqayıt” heyətinə yeni futbolçu qatıb.
"Unikal" xəbər verir ki, "kimyaçılar" Cordan Rezabala ilə müqavilə bağlayıb.
23 yaşlı ekvadorlu yarımmüdafiəçi ilə 2024-cü ilin sonunadək eyniadlı şəhərin təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.