Xəbər verdiyimiz kimi, “Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

"Unikal"ın məlumatına görə, UEFA Avropa Liqasının rəsmi X hesabı "Qarabağ"ın qələbəsini "Tarix kitabları üçün" başlığı ilə yayımlayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.